Yüklənir...

SUVARMADA

MÜTƏXƏSSİS

KEYFİYYƏTLİ MƏHSUL

Etibarlı tərəfdaş

SƏRFƏLİ

QİYMƏTLƏR

İnnovativ həllər

Haqqımızda

ONUR PLAST MMC 2018-ci ildə Azərbaycanda təsis olunub. Şirkətimiz kənd təsərrüfatı təyinatlı suvarma sistemlərinin və avadanlıqlarının satışını, eləcədə quraşdırılmasını həyata keçirir.

Məqsədimiz innovativ həllər təklif etməklə, kənd təsərrüfatının inkişafı üçün əvəzsiz vasitə sayılan suvarma sistemlərinin ölkəmizdə geniş tətbiqinə dəstək olmaq, ən ucqar bölgələrimizdə belə istehlakçıların tələbatlarını qısa zamanda qarşılamaqdır.

ABŞ, Türkiyə və İsrail istehsalı olan, sənaye standartlarına uyğun yoxlanıldıqdan sonra satışa çıxardığımız məhsulların keyfyyətinə tam zəmanət veririk. Müştəri məmnunluğunun təmin olunmasını prioritet seçməklə, portfoliomuzu istehlakçıların ehtiyaclarına uyğun formalaşdırırıq. Vaxtaşırı keçirdiyimiz sorğular, irad və şikayətlərin təhlili iş prosesini daha da optimallaşdırmağımızı təmin edir.

Yüksək ixtisaslı mütəxəssislərdən formalaşan kollektivimiz qarşımızda duran tapşırıqların həllində vahid komanda kimi çıxış edir.

Sizi artıq etibarlı tərəfdaş və müştəri tələblərini kompleks şəkildə qarşılayan bir şirkət kimi tanınan ONUR PLAST MMC ilə əməkdaşlıq etməyə dəvət edir, məhsul və xidmətlərimizdən yararlanmağa çağırırıq.

Prinsiplərimiz

Keyfiyyətli Məhsul

Etibarlı tərəfdaş olmağımızın təminatçısıdır

SƏRFƏLİ QİYMƏTLƏR

Yer aldığımız sektorda əsas üstünlüyümüzdür

Müştəri məmnuniyyəti

Bizim üçün prioritetdir