“2023 Ağdaş Aqrar İnnovasiya Festivalı”nda iştirak etdik
“2023 Ağdaş Aqrar İnnovasiya Festivalı”nda iştirak etdik
Damcı suvarma sistemləri və aksesuarları, yağmurlama sistemləri, avtomatik suvarma sistemləri, pivot sistemləri və qurğularının satışı, quraşdırılması, intensiv suvarma layihələrinin hazırlanması və bu sahəyə aid material təminini təcrübəli komandamızla həyata keçiririk.
ABŞ, Türkiyə və İsrail istehsalı olan, sənaye standartlarına uyğun yoxlanıldıqdan sonra satışa çıxardığımız məhsulların keyfyyətinə tam zəmanət veririk.
+
40%
Damcı suvarmada yalnız bitkinin ehtiyacı olan su miqdarından istifadə edilir və
40%-70% qənaət əldə edilir.
Torpağın rütubətini qorumaqla yüksək məhsuldarlıq və keyfiyyət artımı əldə edilir.
Damcı sulama sistemi torpaqda duzluluq səviyyəsini minimuma endirir.
Suya qatıla bilən dərmanlar sayəsində bitki xəstəliklərinin qarşısı daha asan alınır.
Suyun yalnız köklərə verilməsi səbəbindən alaq otlarının böyüməsi çox azdır.
Əriyəbilən gübrələr və suvarma suyu ilə heç bir əlavə əmək tələb olunmur.
Maili torpaqlarda təzyiqi itirmədən suvarma aparıla bilir.
Damcı suvarma sistemləri daha az elektrik enerjisi sərf edir.
Quraşdırmaq, yığmaq və saxlamaq daha asandır.
Məhsullar eyni hündürlükdə və ölçüdə və eyni yetkinlikdə böyüyür.
ONUR PLAST MMC 2018-ci ildə Azərbaycanda təsis olunub. Şirkətimiz kənd təsərrüfatı təyinatlı suvarma sistemlərinin və avadanlıqlarının satışını, eləcədə quraşdırılmasını həyata keçirir.
Məqsədimiz innovativ həllər təklif etməklə, kənd təsərrüfatının inkişafı üçün əvəzsiz vasitə sayılan suvarma sistemlərinin ölkəmizdə geniş tətbiqinə dəstək olmaq, ən ucqar bölgələrimizdə belə istehlakçıların tələbatlarını qısa zamanda qarşılamaqdır.
Müştəri ehtiyaclarını təhlil edərək optimal suvarma həlləri üçün ətraflı hazırlıq prosesi həyata keçiririk.
Toplanan məlumatlara əsasən ən səmərəli suvarma layihələri müştəriyə təqdim olunur.
Mütəxəssis komandalar sistemləri quraşdırır və ətraflı nəzarətlər həyata keçirir.
Damla suvarma sistemləri, quraşdırma sonrasında düzgün baxım və texniki dəstəklə dəstəklənir.
Müştərilərə, sistemləri effektiv şəkildə istifadə edə bilmələri üçün lazım olan təlimatlar göstərilir.
Quraşdırma dəyəri ərazinin ölçüsündən, istifadə olunan avadanlığın keyfiyyətindən və quraşdırmanın mürəkkəbliyindən asılı olaraq dəyişə bilər.
Damcı suvarma bitkilərin kök sahələrinə birbaşa və nəzarətli şəkildə suyu çatdıran suvarma üsuludur
Damcı suvarma tərəvəz bağları, üzümlüklər, meyvə ağacları və istixanalar kimi bir çox bitki növləri üçün uyğun suvarma üsuludur
Bu proqramın adı “Nutrigation” adlanır. Bu, suvarma və gübrələmənin birləşməsi deməkdir. Ənənəvi gübrələmə üsullarında gübrənin bir hissəsi köklərin tutduğu torpaq həcmindən kənarda tətbiq edilərək israf edilə bilər. Damcı suvarma sistemi daha kiçik bir sahəyə diqqət yetirir və suvarma mövsümündə daha tez-tez fasilələrlə bitki köklərinə daha az miqdarda gübrə vermək imkanı verir. Bu şəkildə səmərəlilik artır və xərclər azalır.
Yonca çox suya ehtiyacı olan bitkilər sırasındadır. Su və qida maddələrini tez-tez və kiçik dozalarda verərək bitkinin inkişafını sürətləndirən damcı suvarma sistemi suya çox ehtiyacı olan bitkilər üçün daha təsirli bir üsul olaraq istifadə edilir. Su, enerji və bitki qidasına qənaət etməklə istənilən torpaqdan daha yüksək məhsuldarlıq əldə etməyə kömək edir.
Yağmurlama suvarma sistemi çiləyici başlıqlara təzyiq altında suyun verilməsi və süni yağış kimi yer səthinə vurulması üsuludur. Yağmurlama suvarma sistemini həyata keçirmək üçün magistral borulardan və yan xətlərdən ibarət su ötürücü sistem, çiləyici başlıqlar və lazım olduqda suyun təzyiqini təmin edən nasos lazımdır. Suyun təzyiqindən asılı olaraq nasosdan istifadə olunmaya bilər.
“2023 Ağdaş Aqrar İnnovasiya Festivalı”nda iştirak etdik
“2023 Şamaxı Aqrar İnnovasiya Festivalı”nda iştirak etdik